Hövzə Xəbər Agentliyinin Qorqandan olan müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Abdullah Şahini, Qorqanda yerləşən Əz-Zəhra (s.ə) ixtisaslaşmış elmi məktəbində tələbələrin iştirakı ilə keçirilən görüşdə İmam Sadiqin (ə) təlimlərinə istinad edərək ağıl və düşüncənin dindarlıq və dinin təbliğindəki rolunun əhəmiyyətini vurğulayaraq ağlın inkişaf etdirilməsini cəmiyyət üçün zəruri bir məsələ olduğunu bildirib.
O, Üsuli Kafi kitabında irəli sürülən mövzulara və xüsusilə ağıl və cəhalət bölməsinə istinad edərək, cəhaləti savadsızlıq deyil, ağılsızlıq mənasında izah edib.
Hövzənin ali səviyyəli ustadı kitabdakı bu bölmənin əhəmiyyətinə toxunaraq, İmam Sadiqdən (ə) ağıl və cəhalətin orduları bölməsində nəql olunan bir hədisə istinad edərək, həmin hədisdə ağıl və cəhalətin hər birinin öz ordusu olduğu bildirilir.
Höccətül-İslam vəl-müslimin Şahini, ağıl və düşüncənin cəmiyyətin itirilmiş həlqəsi olduğunu qeyd edərək əlavə edib: "Kimin ağlı varsa, o, həmdə dindardır."
O, sözlərinin davamında vurğulayaraq bildirib ki, dindarlıq ağıla əsaslanmalıdır. Nəyinki adətlərə, ictimai ənənələrə və ya ailə münasibətlərinə.
Biz dinə ağıla əsaslanan meyarlarla çatmalıyıq. Dinə hisslər vasitəsilə deyil, düşüncə və ağılla yanaşılmalıdır. İnsanları da ağılla inandırmaq lazımdır.
Qorqanın Əz-Zəhra (s.ə) ixtisaslaşmış elmi məktəbinin ustadı, İmam Sadiqin (ə) dinə xidmət sahəsində ağılın istifadə miqdarı ilə bağlı söylədiklərinə istinad edərək qeyd edib ki, ibadət insanı inkişaf etdirir. Lakin bu inkişafın hərəkətverici qüvvəsi ağıl və düşüncədir.
Höccətül-İslam vəl-müslimin Şahini, dinin düzgün başa düşülməsinin əhəmiyyətini vurğulayıb. O, İmam Sadiqdən (ə) nəql edərək, hədislərin düzgün anlaşılmasının və yalnızca oxunmasından fərqlənməsinin vacibliyini qeyd edərək və əlavə edib: Cəmiyyətin dinə yönəlməməsinin səbəbi, dinin yanlış başa düşülməsidir.
O, İmam Sadiqin (ə) nəzərində ağılın funksiyalarını izah edərkən, tövhidin tanınması meyarı, yaxşılıq və pisliyin dərk edilməsi, savab və cənnətə çatma meyarı, dindarlığın amili, insanın şəxsiyyətinin meyarı, möminin rəhbəri və ən ağıllı insanların ən xoşxasiyyət olanları kimi xüsusiyyətləri qeyd edib.
Xəbərin sonu.
Rəyiniz